DÜNYA ÖZ XƏBƏR

Cənubi Azərbaycana SEL GƏLDİ - Xəsarət alanlar var

İranın şimalındakı Gilan vilayətinin Astara şəhərində baş verən daşqın nəticəsində azı 7 nəfər xəsarət alıb.

32gun.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

 Məlumata görə, Astara valisi Məhəmməd Rza Şahabzadə şəhərə yağan güclü yağışın daşqınlara səbəb olduğunu deyib.

Şahabzadə "Sel nəticəsində körpüdə olan iki maşın çaya düşüb, 7 nəfər yaralanıb",- deyə bildirib.

Şəhər boyu axtarış-xilasetmə işlərinin davam etdiyi deyilib.

Aysel Şirinova

Oxşar Xəbərlər