DÜNYA ÖZ XƏBƏR

Rusiya hərbi təlimlərə BAŞLADI

Rusiya ordusu ölkənin şimal-şərqində “Finval-2023” adlı hərbi təlimin başladığını açıqlayıb.

32gun.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən açıqlamada Rusiya Hərbi Dəniz Qüvvələrinin komandanı Nikolay Yevmenovun komandanlığı altında keçirilən təlimin Şimal dənizi yolunun qorunması məqsədi daşıdığı qeyd edilib.

Taktiki təlimin Berinq dənizində, Çukotka sahilləri və yarımadada keçirildiyi, təxminən 10 min hərbçinin və 50-dən çox hərbi texnikanın, o cümlədən gəmilər, sualtı qayıqlar, təyyarələr, Manevtə vertolyotlar və sahil raket sistemlərin iştirakı ilə davam etdiyi vurğulanıb.

“Finval-2023” təliminin nə vaxt başa çatacağı ilə bağlı məlumat verilməyib.

Aysel Şirinova

Oxşar Xəbərlər