"Antiterror əməliyyatından əvvəl 3 il səbrlə gözlədik. Dəfələrlə mövcud məsələni sülh yolu ilə həll etmək üçün təkliflər irəli sürmüşük. Bildirdik ki, Qarabağda yaşayan etnik ermənilər, Azərbycan hakimiyyəti, nümayəndə və deputatları görüşsünlər, söhbət etsinlər. Biz nəyi deyiriksə, addım-addım onu da həyata keçiririk".
.jpg)
Bunu 32gun.az-a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Deputat qeyd edib ki, antiterror əməliyyatını həyata keçirməyə bizim haqqımız var:
"Digər məsələ ondan ibarətdir ki, bölgədə marağı olan ölkələrlə artıq münasibətlər qurulub. O ölkələr, başda Türkiyə olmaqla, ya bizi dəstəkləyir yaxud da susur, başa düşür ki, biz öz işimizi özümüz görürük, məsələnin həllində heç kəsdən xahiş etmirik. Hərçənd, həm ermənilər, həm də Qarabağdakı etnik əhali yalandan acından öldükləri provakasiyaları yayaraq yardım dilənirlər.
Bizim mülki insanlarla işimiz yoxdur. Hətta insanların o əraziləri tərk etməsi üçün humanitar dəhlizlər də açılıb. İnsanlara hərbi hissə və obyektlərə yaxınlaşmamaları ilə bağlı müraciət edilib. Biz qanun çərçivəsində, beynəlxalq hüquqlara uyğun olaraq işimizi görürük. Azərbaycan ordusuna etimad edirik.
Bu mənada artıq sabah səhər gözəl xəbərlər alacağımıza inanırıq".
Aysel Şirinova