Saxalin vilayətinin Aniva rayonunda yerləşən heyvandarlıq kompleksi yanıb.
32gun.az bildirir ki, bu barədə “Sahalin — Toçka otsçeta” Telegram kanalı Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Hadisə Taranay kəndinin Sovxoznaya küçəsi 9 ünvanında qeydə alınıb. İlkin məlumata görə, “Mersı Aqro” şirkətinə məxsus donuzçuluq kompleksinin angarı yanıb. Yanğının sahəsi 200 kvadrat metr təşkil edir. Alovun başqa anqarlara keçmə təhlükəsi yoxdur.
Hadisə yerində 17 FHN əməkdaşı və 4 yanğınsöndürən avtomobil çalışır. Məlumata görə, yanğın baş verən anqarda 300 donuz olub.
Zərərçəkənlər və dəymiş maddi ziyanla bağlı məlumat dəqiqləşdirilir.
Nilay