DÜNYA ÖZ XƏBƏR

Lukaşenko odun doğrama çempionatına dəstək verdi

Belarus Prezidenti Aleksandr Lukaşenkonun odun doğradığı görüntülər yayımlanıb.

32gun.az bildirir ki, kadrlər “Пул первого” Telegram kanalında paylaşılıb.

Video, Minsk vilayətində KİV və mətbuat xidmətləri arasında keçirilən odun doğramaq üzrə IV çempionat fonunda ortaya çıxıb.

Bu il yarışda rekord sayda – 39 komanda iştirak edib. Coğrafiya isə Rusiya, Ukrayna və Çindən gələn iştirakçılar hesabına genişlənib. Tədbir Vyacha su anbarının sahilində baş tutub.

Çempionat iştirakçılarına video-müraciət edən Lukaşenko onları salamlayıb.

“Bizim şücaətli jurnalistlərə salamlar”, — deyə o bildirib.

Ayaz 

Oxşar Xəbərlər