İngiltərənin ən zəngin və aristokrat ailələrindən birinə mənsub olan Konstans Marten və sevgilisi Mark Qordon yeni doğulan körpələri ilə birlikdə itkin düşüb.
32gun.az xarici KİV-nə istinadən xəbər verir ki, itkin düşən şəxslər uzun sürən axtarışlardan sonra iki gün öncə Brayton şəhərində tapılıb. Lakin yeni doğulan körpələri yanlarında olmayıb. Onlar körpənin yerini gizlətdikləri üçün "uşaqlara qarşı pis rəftar" ittihamı ilə saxlanılıb.
Bildirək ki, cütlüyün tapıldığı yerin yaxınlarında axtarış aparan polis əməkdaşları ərazidə körpə cəsədi tapıblar. Ehtimallara görə, körpənin ölümünə səbəb baxımsızlıq və tibbi yardımın göstərilməməsi olub.
Nurlan