Türkiyənin İzmir şəhərində qəribə oğurluq hadisəsi baş verib.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, oğrular evdəki əşyalarla yanaşı evin damını, qapı və pəncərələri də oğurlayıblar.
Ev yiyəsi baş verən hadisə qarşısında şok keçirdiyini dilə gətirib;
"Evi 2 il öncə almışdım, təmir edib yaşamağı düşünürdüm. Amma evdə nə varsa, oğurlayıblar. Belə bir hadisə ilə ilk dəfədir ki, qarşılaşıram".
Nurlan