SİYASƏT
Rusiyanın Voronej şəhərində yanacaq çənində partladıldı - VİDEO
Rus muzdlu qruplaşması "Vaqner"in üsyana başladığı Rostov-na-Donu şəhərindən sonra Voronejdə yanacaq çənində partlayış baş verib.
32gun.az Rusiya KİV-nə istinadən bildirr ki, Anbarın hərbi helikopterlə vurulduğu iddia edilib.
Əraziyə yanğınsöndürənlər və axtarış-xilasetmə qrupları göndərilib. Partlayışla birlikdə yüksələn alov səmanı bürüyüb.
Hadisə yerində 100-dən çox yanğınsöndürən və 30-dan çox yanğınsöndürən maşın işləyir. İlkin məlumata görə, itki yoxdur.